15 Şubat 2016 Pazartesi

Qənaət etmənin yolları

                                NECƏ QƏNAƏT EDƏK?

Biz qənaət etmənin yolarını araşdırdıq. Gündəlik həyatımızda yaşadığımız ərazidə binamızda, evimizdə ,məişətimizdə enerjidən qənaətlə və düzgün istifadə etsək biz təbii sərvətlərimizin ,  tükənməsinin enerji israfçılığının qarşısını ala bilər, büdcəmizə daha yaxşı qənaət edə bilərik Bunun üçün də hər bir şəxs öz büdcəsinə qənaət etmək üçün evində müəyyən qaydalara əməl etməlidir. 
Ən sadə qənaət üsullarından biri istifadə olunmayan otaqlardakı işıqları söndürmək, boş boşuna işləyən elektrik cihazlarını söndürmək. Evdən çıxıb hansısa bir yerə gedərkən elektrik avadanlıqları cərəyandan ayırmaq lazımdır . Bu eyni zamanda təhlükəsizlik baxımından daha yaxşı bir üsuldur.
Hava işıqlı olarkən lazım olmadıqda elektrik lampalarından istifadə etməmək, bunun üçün daha yaxşı üsul pərdələri açıq qoymaq və işığın otağa daxil olmasını təmin etmək, daha qənaətcil elektrik lampalarından istifadə etmək daha məsləhətli olar.
Hava soyuq olduğu zamanlarda pəncərələrin bağlı olduğuna nəzarət etmək lazımdır çünkı bu zaman evdəki istilik pəncərədən gedər və  istilik enerjisində israfçılıq baş verər.Bu da bizim büdcəmizə ziyan vurar.
Havanın isti olduğu zamanlarda kondisionerlərdən istifadə edərkən qapı və pəncərələrin bağlı olmasına nəzarət etmək lazımdır. Bu  zaman evdəki temperaturun istədiyimiz dərəcədə qalmasına nəzarət edə,  enerjiyə daha yaxşı  qənaət edər bilərik.
Lazımsız xərclərdən uzaq durmaq gərəksiz yerlərə pul xərcləməmək də bizim büdcəmizə xeyir verər. 

Xərclər

                                Ailə büdcəsində əsas  xərclər
                          və əlavə xərclər
Xərc nə deməkdir?  Bizim büdcəmizdə gəlirlər olduğu kimi  xərclərimiz də vardır ki bu xərclər də əsas və əlavə xərclərə ayrılır.
Əsas xərclər 
  Əsas xərclər bizim büdcəmizdə lazımı yerlərə xərclənən, bizim gündəlik təlabatlarımıza , kommunal xərclərə yəni gündəlik həyatımızda işlətdiyimiz işıq,qaz və suya, istilik sistemlərinə  xərclənən pullar.Geyimlərimizə xərclədiyimiz pullar, təhsilə xərclənən pullar yəni bizim istifadə etdiyimiz qələmlər,dəftərlər, kitablar , getdiyimiz kurslara  və s. Qidalar da bizim büdcəmizdə əsas xərclər sırasındadır. Bizim sağlamlığımıza yəni həkimə , dərmanlara xərclənən pullar. Nəqliyyat vasitəsinə təyyarəyə, avtobusa, taksiyə və s. xərlənən pullar. Bunlar hamısı əsas xərclərdir .




Əlavə xərclər  
Gündəlik həyatımızda istifadə etdiyimiz o qədər də vacib olmayan xərclər vardır  ki bunlara əlavə xərclər deyilir.
Əlavə xərclər sırasına məişət əşyalarına yəni evdə istifadə etdiyiniz əşyalara, cihazlara xərclənən pullar. Tətil zamanı getdiyimiz hər hansı bir istirahət mərkəzinə , ölkə daxilində və xarici bir ölkəyə səyahət zamanı  gəzintiyə xərclənən. Daha sonra hər hansı bir əyləncə mərkəzi, teatr, kino, restoran və s.  xərclənən. Mənzil kirayəsi eyni zamanda  bank kreditləri də əlavə xərclərə daxildir.












13 Şubat 2016 Cumartesi

Gəlirlər

                                               Ailədə əsas və əlavə gəlirlər
Biz bu araşdırmamızda ailədə büdcəni kimlər təmin edir əsas və əlavə gəlirlər nədir  mövzusu ətrafında araşdırmalar apardıq.Hər bir ailənin büdcə təminatı müxtəlif olur. Ailə büdcəsinə  daxil olan gəlirlər  əsas və əlavə gəlirlərə ayrılır.
Əsas gəlirlər
Ailəyə əsas gəliri  valdeyinlərimiz gətirir ki  buna maaş deyirik , baba və nənəmizin  əmək pensiyası da bu gəlirlərə daxildir. Daha sonra isə tələbə olan qardaş və ya bacımızın təqaüdü də əsas gəlirlər sırasına  daxildir ola bilər .

Əlavə gəlirlər
Əlavə gəlirlərə ad günlərində  verilən hədiyyələr,  qazanılan mükafatlar  ,uduşlar da daxil olur . Kimlərinsə etdiyi yardımlar,banka qoyulan əmanətlər də bu gəlirlər sırasındadır . Bunların hamısı birləşərək büdcənin bir hissəsini yəli əlavə gəlirləri formalaşdırır.

Büdcə haqqında

                                                                   Büdcə
Bu gün biz büdcə haqqında məlumatlar topladıq. Büdcə sözünün mənası ingilis dilindən tərcümədə çanta, və ya kiçik pul kisəsi deməkdir. Büdcə bütün gəlir və xərclərin ətraflı təsviridir. Bu bir ailə və ya  dövlət büdcəsi ola bilər. Bu sizin büdcə də ola bilər. Büdcə bildiyimiz kimi ailənin dolanışığını təmin etmək üçün gəlirlərdir. Ailənin yaranması ilə ailə təsərrüfatı yaranır, valdeyinlərimiz pul qazanır və bununla da ailə büdcəsi yaranır. Ailədə bizə lazım olan istifadə etdiyimiz  bütün əşyalar, qidalar,ərzaq məhsulları , geyimlər, dərmanları və s. büdcəmizdən xərcləyirık.